Bakıda gənc oğlanı qətlə yetirib qaçdılar

Bakıda qətl törədilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, dünən saat 17 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində 1994-cü il təvəllüdlü Çərkəz Əfrayıl oğlu Ələsgərov bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədən şəxs oradan uzaqlaşıb.

Qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

Gununsesi.info