Bakıda gənc qız döyülərək ağır xəsarət alıb

  • By admin
  • 14 Mart 2023 09:09

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Qala qəsəbəsində tanıdığı şəxs tərəfindən döyülən 1996-cı il təvəllüdlü Kərimli Solmaz Fuad qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona baş-beyin silkələnməsi və üzün cırılmış-kəsilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info