Bakıda güclü külək iki ağacı aşırdı: avtomobilə ziyan dəydi – FOTO

  • By admin
  • 27 Aprel 2021 14:47

Bakıda güclü külək irigövdəli ağacları aşırıb.

Gununsesi.info xəbər verir ki, Hadisə Səbail və Yasamal rayonlarında qeydə alınıb.

Neftçilər prospektində aşan ağac xoşbəxtlikdən ətrafa ziyan vurmayıb, İnşaatçılar prospektində isə, ağac minik avtomobilinin üzərinə aşıb.

Nəticədə “Reno” markalı avtomobilə ziyan dəyib, hadisə yerinə polis əməkdaşları cəlb olunublar.