Bakıda GÜCLÜ PARTLAYIŞ: 2 nəfər yaralandı

  • By admin
  • 28 Oktyabr 2021 10:20

Bakıda evdə partlayış olub.

Hadisə oktyabrın 27-də paytaxtın Sabunçu qəsəbəsi, Y.Saratov küçəsində qeydə alınıb.

Belə ki, Vidadi Fərəcova məxsus fərdi yaşayış evində ani partlama baş verib. Nəticədə, mənzildə kirayəşin kimi yaşayan Goranboy sakini, 1984-cü il təvəllüdlü G.Adıgözəlova və Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elşən Əliyev xəsarət alıblar. Onlar təcili yardım vasitəsilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Yaralananlardan E.Əliyevin vəziyyəti normaldır, G.Adıgözəlovanın vəziyyəti isə ağırdır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

İlkin baxış zamanı ümumilikdə sahəsi 80 kv/m. olan ev 3 otaq və 1 mətbəxtdən ibarətdir. Partlayış nəticəsində evin bütün otaqları yanıb.

Partlaşın başvermə səbəbi araşdırılır.

Gununsesi.info