Bakıda güclü yanğın: Ətrafı qatı tüstü bürüdü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi yaxınlığında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. İlkin məlumata əsasən, boş ərazidə təkər tullantıları yanır.

13:32

Bakıda güclü yanğın qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edilib ki, hadisə metronun “Neftçilər” stansiyasının yaxınlığında baş verib.

Yanğından yüksələn qatı tüstü qısa müddətdə geniş ərazini bürüyüb.

Sakinlərin paylaşdıqları görüntüləri təqdim edirik:

Gununsesi.info