
Bakıda yanğın hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, yanğın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə qüvvələri cəlb edilib.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə məişət tullantıları yanır.
FHN-in yanğından mühafizə qüvvələri yanğın qeydə alındıqdan dərhal sonra hadisə yerinə cəlb olunublar. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.