Bakıda güclü yanğın söndürülüdü

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində baş verən yanğın söndürülüb.

 

Bu barədə Gununsesi.info -ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Belə ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın tam söndürülüb.

 

Qeyd edək ki, yanğın ikimərtəbəli obyektdə baş verib. Hər mərtəbəsi 80 kvadratmetr olan tikilinin birinci mərtəbəsi avtoyuma, ikinci mərtəbəsi isə çay evi olub.

 

1323739

***

16:34

 

Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində güclü yanğın başlayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər Ölkə.Az-ın redaksiyasına video göndəriblər.

 

Yanan ərazi və hadisənin səbəbi məlum deyil. Əraziyə xeyli tüstü yayılıb.

 

Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib.