
Bakı İdman Sarayında 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 20-ci beynəlxalq turnir keçirilir.
Gununsesi.info xəbər verir ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak edir. İlk yarış günündə 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəkidə sərbəst güləş üzrə 190 pəhləvan mübarizə aparır.
Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.
Anar
Gununsesi.info