26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları başlayıb.
Gununsesi.info xəbər verir ki, çıxışlardan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hərbi orkestrlərin marşrutlar üzrə yürüşləri saat 10:00-dan 12:00-dək Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami kinoteatrı, Neftçilər prospekti, Azadlıq meydanı, AMAY ticarət mərkəzi; Şəhidlər xiyabanı, Alov qüllələri, İçərişəhər metrosu, Qala qapısı, Kukla teatrı, “Azneft” dairəsi, Bəhram Gur heykəli; Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı; Zabitlər parkı, Milli Sirk, Heydər Əliyev Sarayı, Səməd Vurğun küçəsi, Neftçilər prospekti və Nərimanov heykəli, Mərkəzi park, Milli Dram Teatrı, Qış parkı, Heydər Əliyev Sarayı, Mərkəzi Bank istiqamətlər üzrə keçiriləcək.
Bu gün saat 19:00-dan 21:00-dək isə orkestrlərin nümunəvi çıxışları müəyyənləşdirilmiş altı yerdə – Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı), “Azneft” dairəsindəki Bayraq meydanı, Muzey Mərkəzi (Bulvar fontanının qarşısı), Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanında olacaq.
Gununsesi.info