
Bakıda 1,5 illik fəaliyyət dövrü ərzində fərdi sürücü sifarişi xidməti olan “Uber” paytaxt sakinləri və qonaqları arasında yüksək təlabata sahib olub.
Gununsesi.info Yüksək komfort və münasib qiymətlər sayəsində sözügedənxidmət şəxsi nəqliyyatın layiqli alternativinə çevrilə bilib.
Avtomobil eksperti Emin Mövsümov B və C sinfinə aid olan şəxsi avtomobil istifadəsinin orta illikxərclərini təqdim edib: “Misal üçün, “Hyundai Accent” markalı avtomobil günərzində 40 km məsafə qət edir, yəni bir ay ərzində – 1200 km. İlərzində bu rəqəm 14400 km təşkil edir. Eyni zamanda, avtomobilinyol vergisi də daxil olan texniki baxışdan keçməsi təxminən 20 manata, əyləc qəliblərinin dəyişdirilməsi isə 200 manata başa gəlir. Avtomobil sahibi il ərzində yol qaydalarını pozduğuna görə təxminə 150 manatcərimə ödəyir, avtomobilin yuyulmasınaildə 220 manat, şinlərin amortizasiyasına 100 manat, xırda təmir işlərinə 150 manat xərcləyir. Şəhər şəraitində hər 100 km-ə 10 litr, magistral yollarda isə 7 litr yanacaqsərfiyyatı hesablanarsa il ərzində benzinə xərclənən orta vəsait870 manat təşkil edir”.
Daha ətraflı:
Avtomobilin amortizasiyası – 400 AZN
Benzin – 870 AZN
Yuyulma – 220 AZN
Xırda təmir işləri – 150 AZN
Cərimələr – 150 AZN
Texniki baxış – 20 AZN
Sığorta – 75 AZN
Əyləy qəliblərinin dəyişdirilməsi – 200 AZN
Şinlərin amortizasiyası – 100 AZN
Parkinq – 120 AZN
Yağ və yağ filtri – 195 AZN
Hava filtri – 50 AZN
Cəmi – 2550 AZN
Eyni zamanda, “Həzi Aslanov”metro stansiyası yaxınlığında yaşayan və şəhərin mərkəzində (“28 may”metro stansiyası) işləyən sıravi vətəndaş üçün “Uber” xidməti vasitəsi ilə gedişin qiyməti 4-6 manat təşkil edir. Gündəlik orta xərc təxminiillik iş günlərinin sayına vurulsa (245 iş günü) 2450 manat alınır.
Göründüyü kimi, şəxsi avtomobilə az xərc sərf etdikdə belə,qənayət 100 manat təşkil edir. Qeyd etmək lazımdır ki, avtomobil xərcləri hesablanarkən onun ciddi sıradan çıxması, “ayıq sürücü” xidməti, qəzalarvə digər halları nəzərə alınmayıb. Beləliklə, real qənayət dəfələrlə çoxdur.
Bundan başqa, şəxsi avtomobil ilə gediş zamanı sürücü tez-tez stres yaşayır, bu isə sağlamlığa olduqcaziyandır. Servis vasitəsi ilə isə rahat gediş sinir sitemini qorumağa kömək edir.
Bir müddət öncə “Uber” Rusiyada servisin aktiv istifadəçiləri arasındainnovativ xidmətin istifadəyə verilməsi onların nəqliyyat vərdişlərini nə cür dəyişdiyinə dair sorğu keçirib. Sorğunun nəticələrinə əsasən, Rusiyada aktiv “Uber” istifadəçilərinin 65%-nin şəxsi avtomobili mövcud deyil və onlar üçün “Uber” şəhərdaxili səyahət vasitəsinəçevrilib. Şəxsi avtomobilə malik olan və sorğuda iştirak edən insanların 60%-i qeyd edib ki, “Uber” yarandıqdan sonra avtomobillərindən daha az istifadə etməyə başlayıblar.
Gələcəkdə avtomobil almağı planlaşdırdıqları barədə suala isə respondentlərin 56%-i mənfi cavab verib. Əsas səbəblər arasında narahatçılıq (sorğu iştirakçılarının 66%-i) və bahaçılıq (58%-i) yer alıb.
Gülnaz Qənbərli
Gununsesi.info