Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan şəxsin vəziyyəti AÇIQLANDI

  • By admin
  • 14 Mart 2023 14:08

Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan Samir Şeydayevin vəziyyəti qənaətbəxşdir.

Bu barədə “Liv Bona Dea Hospital”nın mətbuat xidmətindən məlumat verilib.

Hospitalın baş həkimi Cabir Gülmalıyev bildirib ki, Samir Şeydayev martın 4-də ağır vəziyyətdə “Liv Bona Dea Hospital”a köçürülüb və reanimasiya şöbəsinə yerləşdirilib:

“Süni tənəffüs aparatı ilə təmin olunduqdan sonra müvafiq müalicəyə başlanılıb və həkimlərin səyi nəticəsində müalicə fonunda xəstənin vəziyyəti qənaətbəxş hesab edilib. Xəstə süni tənəffüs aparatından ayrılıb və martın 8-də palataya köçürülüb. Hazırda müalicəsi davam etdirilir”.

Gununsesi.info