Bakıda “Honda” işıq dirəyini aşırtdı, xəsarət alan var – FOTO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info APA-ya istinadən bildirir ki, qəza Badamdar şossesində qeydə alınıb.

Belə ki, “Honda” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Sükana nəzarəti itirən “Honda” markalı minik avtomobilinin sürücüsü maşını yolayrıcındakı işıq dirəyinə çırpıb.

Zərbənin təsirindən işıq dirəyi yerindən qopub, yol infrastrukturuna ziyan dəyib.

Hadisədə bir nəfər xəsarət alıb.

Avtomobillərin yoldan götürülməsi təmin edilib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info