Bakıda hotelin şüşəsini təmizləyən işçilər yıxıldı: 1 ÖLÜ, 1 YARALI

  • By admin
  • 27 May 2017 12:40

592933e569764_suse

Bakıda faciəli hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info – ya verilən məlumata görə, mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.

Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info