Bakıda idman zalında dəhşət: 15 yaşlı yeniyetmə komanda yoldaşını öldürdü

  • By Günel
  • 13 Dekabr 2024 22:53

Bakının Xətai rayonunda yerləşən “Hədəf” idman klubunda faciə baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şahidinin Globalinfo.az-a dediklərinə görə, güləş zamanı 15 yaşlı yeniyetmə idmançılardan biri ehtiyatsızlıqdan digərini boğaraq öldürüb.

Hadisənin qəsdən törədilmədiyi bildirilir.

Hələlik təfərrüat açıqlanmır.

Gununsesi.info