Bakıda iki avtobus və iki minik maşını toqquşdu: 3 YARALI

  • By admin
  • 22 Noyabr 2016 15:15

avtobus

Gününsəsi.info xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində, metronun “Xaqlar dostluğu” stansiyasının yaxınlığında qeydə alınıb. 57 saylı marşrut xətti ilə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşanda idarəetməni itirib. Nəticədə avtobus “Mercedes” markalı avtobusa arxadan çırpılıb. Zərbə güclü olub və “Mercedes” qarşıda 40 saylı marşrut xətti ilə “Daewoo” markalı sərnişin avtobusuna dəyib. Avtobus isə “Toyota” markalı minik maşınını arxadan vurub. Qəza nəticəsində hər iki avtobusa ciddi ziyan dəyib, “Mercedes” markalı minik maşını isə yararsız hala düşüb. Hadisə zamanı avtobuslarda sərnişinlər olub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. “Mercedes” markalı minik maşınında olan iki nəfər – 1989-cu il təvəllüdlü Əliyev Ruslan Mənsur oğlu və Mənsurova Elmira Şirəli qızı hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. 57 saylı avtobusda xəsarət almış bir sərnişinə isə hadisə yerində ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılmasına ehtiyac duyulmayıb. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbi aparılan araşdırmaların gedişində məlum olacaq.

avtobus1

Gününsəsi.info