Bakıda iki avtomobil toqquşub

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Abbasqulu Abbaszadə küçəsində qeydə alınıb.

HTML tutorial

Hadisəyə səbəb “Opel” markalı avtomobilin sürücüsü ilə “Honda” markalı maşının sürücüsü arasındakı anlaşılmazlıq olub.

Nəticədə hər iki maşın zədələnib.

Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Gununsesi.info