Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1992-ci il təvəllüdlü Əliyev Fərid Möhübbət oğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 12:04-də başa çatıb.
Gununsesi.info