
Bakının Səbail rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, qəza Badamdar qəsəbəsində yerləşən “Qurd qapısı” dairəsi kimi tanınan ərazidə qeydə alınıb.
Belə ki, yolayrıcında iki “Toyota” markalı avtomobilin toqquşması zamanı sərnişin xəsarət alıb. Sürücülər bir-birini işıqforun qırmızı işığından keçməkdə günahlandırıblar. Qəza nəticəsində avtomobillərdən biri yararsız hala düşüb.
Hadisənin səbəbi aparılan araşdırmadan sonra bilinəcək.
Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.