Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTOLAR

  • By admin
  • 13 Mart 2023 09:13

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, qəza Hüseyn Seyidzadə və Hüseynbala Əliyev küçələrinin kəsişməsində baş verib.

Qadın sürücü idarə etdiyi “Nissan” markalı minik avtomobil ilə kəsişən yolda qadağan edilmiş istiqamətə manevr etmək istəyərkən düzünə hərəkət edən “Toyota” markalı minik avtomobilinin qarşısına çıxıb.

Nəticədə qəza qaçılmaz olub. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Qəza səbəbindən yolda yaranan sıxlığı aradan qaldırmaq məqsədilə əraziyə cəlb olunan Yol Patrul Xidmətinin əməkdaşları avtomobillərin götürülməsini təmin ediblər.

Qəza ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib, araşdırma aparılır.