Bakıda iki avtomobil yandı

  • By admin
  • 15 Oktyabr 2022 19:53

Bakı şəhərinin Binəqədi rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin ön qapısı qarsalanıb.

Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info