
Bakıda iki ev yanıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonunda baş verib.
Vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları 35 m² sahədə və bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi 60 m² olan 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Ucarda da yanğın olub.
Məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 12 m² olan köşkün yanar konstruksiyaları və əşyaları yanıb.
Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info