Bakıda iki maşının arasında qalan piyadanın ayaqları amputasiya edildi

  • By admin
  • 03 Yanvar 2024 09:05

Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Heydər Əliyev prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Xəyyam Elbəy oğlu Məmmədov prospektdə piyada üçün müəyyən edilməyən hissədən yolun əks tərəfinə keçmək istəyib.

Bu zaman onu “Toyota Prius” markalı avtomobil vuraraq eyni istiqamətdə olan eyni markalı maşına sıxışdırıb.

Piyadanın hər iki ayağı sınıb.
O, Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, X.Məmmədovun hər iki ayağı amputasiya edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Gununsesi.info