Bakıda iki nəfəri maşın vurdu

  • By admin
  • 28 Mart 2018 14:06
Bakıda iki nəfəri maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Gununsesi.info verilən məlumata görə, martın 27-də saat 22 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Göyçay rayon sakini Kamran Baxışov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.
Piyadanın vurulması ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. “KamAZ” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəmilə Salahova vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.
Gununsesi.info