Bakıda iki piyadanı avtomobil vurdu

  • By admin
  • 25 Aprel 2021 10:43

Bakının Xəzər və Sabunçu rayonlarında yol-nəqliyyatı hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü Tünzalə Qəhrəmanova yolu keçərkən onu minik avtomobili vurub.

Analoji hadisə Bakıxanov qəsəbəsində də baş verib. 1996-cı il təvəllüdlü Babayev Camal Əli oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.