Bakıda iki piyadanı maşınla vurub qaçdılar

Bakıda piyadaları avtomobillə vuraraq öldürən sürücülər hadisə yerindən qaçıb.

Gununsesi.info xəbər verir ki, hadisələr aprelin 2-nə keçən gecə qeydə alınıb.

Saat 23:30 radələrində naməlum sürücü idarə etdiyi dövlət qeydiyyat nömrəsi bəlli olmayan “Reno” markalı avtomobillə Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olarkən piyada, 1959-cu il təvəllüdlü Məlikova Simuzər Nurməmməd qızını vuraraq hadisə yerindən qaçıb. Piyada S.Məlikova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin 1997-ci il təvəllüdlü Əhmədov İsmət Habil oğlu olduğu müəyyən edilib.

Digər hadisə isə saat 22:30 radələrində Sabunçu qəsəbəsində baş verib. Naməlum sürücü idarə etdiyi avtomobillə 1956-cı il təvəllüdlü İsmayılov Elyaz Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanılıb.

 

Gununsesi.info