Bakıda iki qız anası qonşusunu pedofillikdə ittiham etdi

Bakının Xəzər rayonunun istintaq orqanı Binə qəsəbəsində pedofiliya (uşaqbazlıq) faktını araşdırır.

Gununsesi.org bildirir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

37 yaşlı iki qız anası (adlar etik səbəblərə görə çəkilmir) 3-cü Polis Bölməsinə yetkinlik yaşına çatmayanlara münasibətdə cinsi xarakterli hərəkətlər barədə məlumat verib.

Qadının sözlərinə görə, iyunun 21-də yaşadığı evin həyətində qonşularından biri onun 12 və 11 yaşlı qızlarına qarşı seksual hərəkətlər edib. Uşaqlar bu barədə analarına xəbər veriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının qeyd etdiyinə görə, kişinin şəxsiyyəti müəyyənləşdirilib, lakin o, hələlik saxlanılmayıb. Hazırda şübhəlinin göstərilən cinayətdə iştirakının müəyyən edilməsi üçün yoxlama aparılır. 

Gununsesi.org