Bakıda iki sürücü arasında insident: Maşının önünü kəsərək təhqir etdi - ANBAAN VİDEO

Bakıda iki sürücü arasında mübahisə yaşanıb.

Video sosial şəbəkələrdə paylaşılıb. İlkin məlumata görə, hadisə oktyabrın 4-ü saat 11:20 radələrində paytaxtın Heydər Əliyev prospektində baş verib.

Belə ki, sürücülərdən biri digərinin avtomobilinin qarşısını kəsərək onunla mübahisə edib.

Mübahisənin hansı səbəbdən yarandığı hələlik bəlli deyil. Lakin sürücülərdən birinin digərinin ünvanına səsləndirdiyi nalayiq ifadələr sosial şəbəkə istifadəçiləri arasında müzakirəyə səbəb olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır:

“Sosial şəbəkədə yayılan görüntülər barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Gununsesi.info