Bakıda inanılmaz hadisə – Evə girib qadına təcavüz etmək istədi

  • By admin
  • 28 Mart 2022 16:10

Bakıda mənzilə basqın edərək qadını zorlamağa çalışan şəxs məhkəmə qarşısına çıxarılıb.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinaytlər Məhkəməsində 1988-ci ildə Laçında anadan olmuş, Bərdə rayonunda yaşamış, son olaraq Hövsan qəsəbəsində yaşayan Elyar Hüseynov barəsində Cinayət Məcəlləsinin 29.149.2.4 (zorlamağa cəhd – öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə) və 157.1 (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmə Elyarın 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə qərar verib.

Qeyd edək ki, araşdırmalar zamanı məlum olub ki, Elyar Bərdədən Bakıdakı 8-ci kilometr bazarına ət gətirib satmaqla məşğul olub. O, həmçinin vaxtaşırı olaraq Hövsanda yaşayan və tanışı olan qadının evində qalıb və həmin qadınla qeyri-rəsmi ər-arvad münasibətində olub.

Elyar Nizami rayonu ərazisindəki bazara ət gətirdiyi bəzi vaxtlar yaxınlıqdakı binanın həyətində dayanaraq bazarın açılmasını gözləyib. Bu müddətdə o, binanın bloklarından birində 1-ci mərtəbədə yaşayan ailəni görüb. 22 iyun 2021-ci il tarixində səhər saatlarında həmin binanın həyətində olarkən əvvəlcədən planlaşdırdığı mənzildə yaşayan qadının əri və qayınatası mənzili tərk etdikdən sonra Elyar gizli şəkildə həmin mənzilə daxil olub. O, yataq otağında yatmış halda olan gənc qadına hücum edərək onu zorlamağa çalışıb. Bu zaman qadının qızı yuxudan oyanaraq ağlamağa başlayıb, həmçinin qadın şiddətli müqavimət göstərərək Elyara mane olub. Bundan sonra Elyar evi tərk edərək qaçıb.

İstintaq müddətində həyətdəki kamera görüntüləri incələnib və Elyarın hadisədən 1 gün əvvəl də həmin bloka daxil olduğu və gecə vaxtı günəş eynəyi taxaraq özünü şübhəli apardığı məlum olub.

Gununsesi.info