Bakının Binəqədi rayonunda 40 yaşlı kişi intihara cəhd edib.
Gununsesi.info bildirir ki, 7-ci mikrorayon, F.Məlikov küçəsində yerləşən mənzildə yaşayan 1977-ci il təvəllüdlü Azər Məmmədov sol bazu sümüyünü iti alətlə kəsib.
Yaralı “təcili yardım” vasitəsilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinə məlumat verilib.
Gununsesi.info