Bakıda intihar etmək istəyən qadını maşın vurdu

  • By admin
  • 30 Mart 2021 09:56

Bakının Suraxanı rayonunda intihara cəhd olub.

Gununsesi.info xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində baş verib.

1992-ci il təvəllüdlü Günay Hüseynova canına qəsd etmək məqsədilə şoseyə çıxıb. Onu avtomobillərdən biri vurub. Qadın xəstəxanaya çatdırılıb.

Onun intihara cəhd etməsinin səbəbləri araşdırılır.

Gununsesi.info