Bakıda ipoteka ilə təmirli mənzillərin satışı başlandı

  • By admin
  • 04 İyun 2018 10:10

 Bakıda ipoteka ilə təmirli mənzillərin satışı başlandı

“Kristal Abşeron” ilin sonuna qədər təhvil veriləcək mənzillərin satışına başlayıb.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, söhbət Azadlıq prospekti metro stansiyasının yanındada tikilməkdə olan Binəqədi rayonu, S.Sani Axundov küçəsində yerləşən yeni layihədən gedir.

Buradan ev alanların nəqliyyat problem olmayacaq

 Kristal Abşeron hər bir layihədə olduğu kimi, bu kompleksdə də müştərilərin bütün qayğılarını nəzərə alıb. Əvvəlcə onu qeyd edək ki, Azadlıq layihəsi yerləşmə yerinə görə müştərilərin ürəyincə olacaq. Belə ki, buradan Binəqədi şosesinə rahat çıxış var. Eyni zamanda Kompleksin qarşısından işləyən avtobus marşrutları və metro vasitəsilə şəhərin istənilən nöqtəsinə daha tez hərəkət etmək mümkündür. Yaşayış kompleksinin qarşısında park var. Bununla yanaşı,yaxınlıqda məktəb, restoran, dövlət qurumları və iaşə obyektlərinin yerləşməsi vətəndaşlar üçün istirahət və komfortu təmin edəcək.

Mənzillər təmirli olacaq

Digər vacib məqamlardan biri mənzillər təmirli olması ilə bağlıdır. “Kristal Abşeron” bununla bağlı da vətəndaşların qayğısını nəzərə alıb. Belə ki,artıq mənzillərin təmiri üçün əlavə xərc və zaman sərf etməyə ehtiyac olmayacaq. Bu layihədə də mənzillər müştərilərə tam təmirli şəkildə təhvil veriləcək.

Tikintidə brend məhsullar istifadə edilir

Qeyd edək ki, Azadlıq layihəsində artıq beton konstruksiya işləri artıq bitib. Kompleksdə müxtəlif Avropa ölkələrindən gətirilən brend təmir və tikinti materiallarından istifadə edilir. Bina fasadı yanmaya davamlı daş yunu materialı ilə izolyasiya ediləcək. Bu da mənzillərin qışda isti, yayda isə daha sərin olmasına, sakinlərin enerji xərclərinə 70%dək qənaət etmələrinə xidmət edəcək.

Mənzilləri ipoteka şərtləri ilə də almaq olacaq

Satış şərtlərinə gəlincə, müştərilər mənzil alarkən 5 illik daxili kredit (tək şəxsiyyət vəsiqəsi ilə) və ya 25 illik uyğun ipoteka (iş yerindən arayış tələb olunur) imkanından faydalana bilərlər. Bütün mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça)təqdim edilir.

*1544, 0125636303, 0502941010