Son günlər Bakıda iqlim normasından yüksək temperatur müşahidə olunur.
Bu barədə Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, Bakıda iqlim normasından yüksək temperatur qeydə alınıb.
G. Məmmədova qeyd edib ki, paytaxtda havanın temperaturu iqlim normasından 2 dərəcə yüksəkdir.
Qeyd edək ki, isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.
Gununsesi.info