Bakıda İran səfirliyinin qarşısında aksiya cəhdi

Bu gün bir qrup şəxs Bakıda İran səfirliyinin binası qarşısında aksiya keçirməyə cəhd edib.

Gununsesi.info xəbər verir ki, Müsavat Partiyası tərəfindən keçirilən aksiya İranda baş verən siyasi proseslərə etiraz əlaməti olaraq təşkil edilib.

Sosial şəbəkələrdə aksiya zamanı saxlanılanların olduğu, o cümlədən Müsavat Partiyasının sədri Arif Hacılının saxlanıldığı iddia edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığı üçün cəhdin qarşısı alınıb: “Səfirliyin qarşısına toplaşan şəxslər ərazidən uzaqlaşdırılıblar. Aksiya zamanı saxlanılan olmayıb”.

Gununsesi.info