Bakıda işçilər işə gəlmədi, məktəb direktoruna xəbərdarlıq edildi

  • By admin
  • 13 Fevral 2020 12:51

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməmələri ilə bağlı məsələyə münasibət bildirib. 

Gununsesi.org xəbər verir ki, idarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı daxil olmuş məlumat araşdırılıb:

“Aparılmış araşdırmanın nəticələrinə əsasən, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Səbail rayonu 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilib”.

“Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi bundan sonra da hər zaman diqqət mərkəzində saxlanılacaq”, – deyə qurumdan qeyd edilib.

Gununsesi.org