Bakıda işıq dirəkləri təəccübə səbəb olub - FOTOLAR

Bakıda yolun kənarında quraşdırılmış işıq dirəkləri təəccübə səbəb olub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.

HTML tutorial

Belə ki, Yasamal rayonu ərazisində, İnşaatçılar metrosu yaxınlığında çəkilmiş görüntüləri paylaşan istifadəçi qeyd edib ki, 13 nömrəli məktəbin yolunu işıqlandırmaq üçün qoyulmuş dörd ədəd işıq dirəyindən ikisində fanarlar yerə doğru deyil, üzüyuxarı, səmaya doğru quraşdırılıb.

Bu isə ətrafı işıqlandırmamaqla bərabər boşuna elektrik enerjisi israfıdır.

Gununsesi.info