
Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Türkiyənin İstanbul şəhərində keçirilmiş “İslam həmrəliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” beynəlxalq konfransın yekunlarına dair birgə konfrans keçirir.
Gununsesi.info xəbər verir ki, tədbirdə QMi sədri Allahşükür Paşazdə DQİDK- nin sədrləri iştirak etməli olsa da, onlar qarşıda keçiriləcək konfranslarla bağlı brifiniqdə iştirak edə bilməyiblər.
Tədbirdə çıxış edən şeyxin müavini Rəşad Əliyarlı bildirib ki, dekabrın 21-də Bakıda ” İslam həmrəyliyi ili” nin yekunlarına həsr olunmuş yekun konfrans keçiriləcək: “Konfransda Roma Papasının, Rusiya patriarxının və digər ölkələrin dini liderlərinin müraciəti oxunacaq. Tədbirdə həmçinin dövlət başçımızın iştirakı gözlənilir”.
O həmçinin Türkiyədə İslam həmrəyliyi ilə bağlı keçirilən tədbirdən də danışıb: ” Həmin günlərdə Türkiyədə Kərkük məsələsi ilə bağlı vəziyyət gərgin idi. Ancaq buna baxmayaraq tədbirdə Türkiyə tərəfindən rəsmi şəxslər iştirak etdi. Bu tədbir Türkiyə- Azərbaycan arasındakı güclü dostluq və qardaşlıq münasibətlərinin İslam dayanışması fikrinin yaşadılmasına xidmət edir.