Bakıda istixanada yanğın baş verdi

  • By admin
  • 19 İyun 2022 21:12

Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya  verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 800 m² olan istixananın polietilendən ibarət üzlüyü 300 m² sahədə və içərisində plastik dibçəklər yanıb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb .

Gununsesi.info