
Dünəndən bəri itkin düşən Bakı sakini, 11 yaşlı Ağamir Nəcəfli tapılıb.
Bu barədə Gununsesi.info-ya məlumatı uşağın anası Elnarə Nəcəfov verib. O, bildirib ki, hazırda uşaq yanındadır. Sən demə, Ağamir bütün gecəni internet klubda keçirib:
“Uşağım dəhşətli dərəcədə kompüter oyunları xəstəsidir. Bütün gün internet klubda oyun oynayıb. Bu gün səhər mənə zəng vuraraq yerini dedi, gedib götürdüm”.
Gülnaz Qənbərli
Gununsesi.info