Bakıda it 3 yaşlı uşağın qulağını dişləyərək qoparıb

  • By admin
  • 08 May 2017 09:34
1491460501_6000-1
Bakıda 3 yaşlı uşağın qulağını it dişləyərək qoparıb.
Gununsesi.info report.az-a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda, Binəqədi qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Binəqədi qəsəbəsinə qonaqlıq məclisinə gedən ailə azyaşlı övladı, 2014-cü il təvəllüdlü Babayeva Fəridə Fərid qızını həyətdə nəzarətsiz qoyub. Bu zaman həyətdəki it F. Babayevanın qulağını dişləyərək qoparıb.
Azyaşlı təcili xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. F.Babayevanın vəziyyəti orta-ağır qiymətləndirilir.
Gununsesi.info