Bakıda itkin düşən ərəb turist tapıldı

  • By admin
  • 28 Mart 2018 10:53

Bakıda itkin düşən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan turist tapılıb.

Bu barədə Gununsesi.info-ya BƏƏ-nin Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, martın 27-də saat 05:20 radələrində itkin düşən daun sindromlu 17 yaşlı turist Sultan Abdullah Alqaseer gecə saat 00.00 radələrində “Tarqovı” ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Gununsesi.info