Bakıda itkin düşən 21 yaşlı qız tapılıb

  • By admin
  • 17 Yanvar 2022 18:54

Bakıda itkin düşən 21 yaşlı qız tapılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

HTML tutorial

O bildirib ki, paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova polis tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri ilə tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, P.Məmmədova ötən ilin dekabrın 28-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

 

 

Gununsesi.info