Bakıda itkin düşən yeniyetmə bacılar tapıldılar

Bakıda itkin düşmüş yeniyetmə bacılar tapılıb.

Gununsesi.info-nun  məlumatına görə, onlar yaşadıqları ünvana geri qayıdıblar.

HTML tutorial

Məlum olub ki, 13 və 14 yaşlı bacılar ailə üzvlərinə getdikləri ünvan barədə məlumat vermədən evi tərk ediblər.

Hazırda onların vəziyyəti normaldır.

09:48

Bakıda gənc bacılar itkin düşüblər.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hadisə avqustun 28-də paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Abdullayeva Şəfiqə Malik qızı və onun kiçik bacısı, 2008-ci il təvəllüdlü Abdullayeva Arzu Xaliq qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmayıblar.

Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info