Bakıda “Jiquli” yük maşınına çırpıldı – Ölən var

  • By admin
  • 07 Yanvar 2018 10:15


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində, Lökbatan-Xocasən yolunda “VAZ 2107” markalı minik avtomobili “İsuzu” markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilini idarə edən 31 yaşlı kişi vəfat edib.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Gununsesi.info