Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası - FOTOLAR

  • By admin
  • 19 Fevral 2023 11:42

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası fəaliyyətə başlayıb. Yarmarkalar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunub. Burada birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçirilir.

Gununsesi.info xəbər verir ki, yarmarkaların təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına  olan tələbatını daha dolğun təmin etməkdir.

“Kənddən şəhərə” həftəsonu yarmarkası Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında təşkil olunur.

PhotoStock.az-ın yarmarkadan hazırladığı fotoreportajı təqdim edirik: