Bakıda kafedə qadınlar arasında dava: - Xəsarət alan var

  • By Günel
  • 04 Dekabr 2024 09:14

Bakının Nərimanov rayonunda dava zamanı qadın xəsarət alıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə iaşə obyektində qeydə alınıb.

1963-cü il təvəllüdlü M.Əliyeva kafedə tanışı ilə əlbəyaxa dava edib. Qadınlar arasında düşən dava zamanı M.Əliyeva xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info