Bakıda kafedə dava düşdü – 3 nəfər bıçaqlandı

  • By admin
  • 07 Oktyabr 2016 19:20

download-2

 

Bakının Suraxanı rayonunun Qum adası ərazisində yerləşən “Kür” kafesində dava düşüb.

Gununsesi.info-nun məlumatına görə, nəticədə üç nəfər bıçaq xəsarətləri alıb.

Belə ki, 1990-ci il təvəllüdlü Musa Hüseynov sağ boyun və sol bud nahiyələrinin, eyni yaşlı Səbuhi Hüseynov sol dizin və 1986-ci il təvəllüdlü Oktay Yusifzadə qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzinə daxıl olublar.

Onlara bıçaq xəsarətləri yetirən şəxs hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

 

Gununsesi.info