Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) gələcək prioritetlərinin formalaşdırılmasına töhfə veriləcək.
Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev “Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı”nda deyib.
Onun sözlərinə görə, QDTİB Rəhbərlər Şurasının 28-ci illik iclasının Bakıda keçirilməsi Azərbaycanın bankla möhkəm əməkdaşlığını, həmçinin regional tərəfdaşlığa, inteqrasiyaya və dayanıqlı inkişafa sadiqliyini nümayiş etdirir: “Bu mühüm toplantıya ev sahibliyi etməkdən məmnunuq və əminik ki, burada aparılacaq müzakirələr bankın gələcək fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsinə və Qara dəniz regionunda rolunun daha da güclənməsinə töhfə verəcək. QDTİB-nin 2025-ci il üzrə illik hesabatı göstərir ki, Qara dəniz regionu qlobal qeyri-müəyyənliklər fonunda dayanıqlığını qoruyub saxlayıb. Hesabata əsasən, 2025-ci ildə region iqtisadiyyatı 2,9 % artıb, üzv ölkələrdə sağlam makroiqtisadi göstəricilər ümumilikdə qorunub”.(Report)










