Martın 22-də axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində bir nəfərin qoluna kəsici alətlə xəsarət yetirən şəxsin onun içərisində mobil telefonu və sənədləri olan pulqabısını talaması barədə polisə məlumat daxil olub.
DİN-dən verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Akif Şıxəliyev müəyyən olunaraq saxlanılıb.