Bakıda kirayə mənzillər bahalaşır

  • By arzu
  • 21 May 2020 12:04

Bakıda kirayə mənzillər bahalaşıb.

Gununsesi.org bildirir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, aprel ayında Bakıda kirayə mənzillərin qiymətində 2.98 faiz artım müşahidə edilib. Ticarət obyektlərinin icarəsi bazarında isə 0.78 faiz azalma olub.

N.İbrahimov qeyd edib ki, kirayə mənzillərin qiymətinin bahalaşmasının səbəbi koronavirus pandemiyası ilə əlaqədar təklif portfelinin azalması olub.

O bildirib ki, insanlar mənzillərini kirayə vermək üçün pandemiyadan sonrakı dövrü gözləməyə üstünlük verib. Bu dövrdə ticarət obyektlərinə tələbatın azalması isə icarə qiymətlərinin ucuzlaşmasına səbəb olub.

Gununsesi.org