Bakıda kirayədə yaşayan 62 yaşlı Bərdə sakini itkin düşdü

  • By admin
  • 02 Oktyabr 2019 21:56

Bakıda 62 yaşlı kişi itkin düşüb.

Gununsesi.org-un məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Bərdə rayon sakini Tünzalə Misirxanova polisə məlumat verərək bildirib ki, Xətai rayonu ərazisində kirayədə yaşayan qardaşı, Bərdə rayon sakini, 1957-ci il təvəllüdlü Muxtarov Faiq İslam oğlu sentyabrın 5-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

 

 

Gununsesi.org